Qəbələdə Ukrayna orkestrinin iki konserti olub

Qəbələdə Ukrayna orkestrinin iki konserti olub
# 03 avqust 2016 20:00 (UTC +04:00)

Qəbələ. Elvin Yaqubov-APA. Heydər Əliyev Fondunun təşkil etdiyi VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində orkestrin konserti olub.

APA-nın yerli bürosunun xəbərinə görə, avqustun 3-də Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzində Ukraynanın “Kiyev virtuozları” Kamera Orkestrinin konserti olub.

Musiqi festivalının bədii rəhbəri, “Kiyev virtuozları” Kamera Orkestrinin musiqi rəhbəri, İsrailin Yerusəlim Simfonik Orkestrinin dirijoru, violonçel ifaçısı Dmitri Yablonskinin dirijorluğu ilə keçirilən konsertdə orkestrı pianoda Azərbaycan Dövlət Filarmoniyasının direktoru, Xalq Artisti Murad Adıgözəlzadə və Qəbələ Beynəlxalq Piano Müsabiqəsinin münsiflər heyətinin sədri, San-Fransisko Beynəlxalq İncəsənət Akademiyasının və Moskva Hümanitar Elmlər Akademiyasını akademiki, pianoçu Oksana Yablonskaya, trubada Ukrayna Milli Filarmoniyasının Akademik Simfonik Orkestrinin truba qrupunun (nəfəs alətləri) konsertmeysteri Sergey Çerevatenko müşaiyyət edib. Konsertdə Avropa bəstəkarları Y.Haydn və D.Şostakoviçin musiqi əsərləri səsləndirilib.

Sonra Heydər Əliyev Konqres Mərkəzinin qarşısındakı açıq səhnədə Ukraynanın “Kiyev virtuozları” Simfonik Orkestrinin konserti olub. Konsertdə bəstəkar İohan Bramsın musiqi əsərləri səsləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR