Sabah Putin və Ərdoğan arasında telefon danışığı olacaq

Sabah Putin və Ərdoğan arasında telefon danışığı olacaq
# 28 iyun 2016 12:25 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. İyunun 29-da Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq.

APA-nın “Interfaks”a istinadən verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. O bildirib ki, telefon danışığı Rusiya tərəfinin təşəbbüsü ilə baş tutacaq.

Xatırladaq ki, Türkiyənin baş naziri Binəli Yıldırım da bu həftə prezidentlərin telefon əalqəsi saxlaya biləcəyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR