Kürdəmirdə narkotik bitki becərməkdə şübhəli bilinən şəxs saxlanılıb

Kürdəmirdə narkotik bitki becərməkdə şübhəli bilinən şəxs saxlanılıb
# 09 iyul 2016 09:59 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Kürdəmir rayonunda narkotik vasitə becərməkdə şübhəli bilinən şəxs saxlanılıb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Kürdəmir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Anar Baxışova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 4 ədəd çətənə kolu aşkar edilərək götürülüb, A.Baxışov tutulub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR