DGK: Səfər Mehdiyev 4 mlrd. dollar kredit ayrılması ilə bağlı yalnız KİV-də yayılan informasiyalardan söz açıb

DGK: Səfər Mehdiyev 4 mlrd. dollar kredit ayrılması ilə bağlı yalnız KİV-də yayılan informasiyalardan söz açıb
# 29 yanvar 2016 12:10 (UTC +04:00)

Bakı - APA. Dövlət Gömrük Komitəsi (DGK) bu gün qurum rəhbərliyinin keçirdiyi mətbuat konfransında komitə sədrinin birinci müavini Səfər Mehdiyevin suallardan birinə verdiyi cavabla bağlı açıqlama yayıb.

Komitənin mətbuat xidmətindən APA-ya daxil olan açıqlamada bildirilib ki, DGK rəhbərliyinin mətbuat konfransında Səfər Mehdiyev suallardan birini cavablandırarkən Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycana 4 milyard dollar kredit ayrılması ilə bağlı yalnız mətbuatda yayılan informasiyalardan söhbət açıb: “Bu fikir bir sıra kütləvi informasiya vasitələrində yanlış anlaşılıb”.

Qeyd edək ki, bəzi KİV bu gün S. Mehdiyevin Beynəlxalq Valyuta Fondu və Dünya Bankı tərəfindən Azərbaycana 4 milyard dollar kredit ayıracağını təsdiqlədiyini yazıb. Komitə isə bildirib ki, S. Mehdiyev bu barədə informasiyanın mətbuatda yayıldığını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR