"Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişiklik qəbul edilib

"Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişiklik qəbul edilib
# 30 sentyabr 2016 12:04 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Milli Məclisinin bu gün keçirilən iclasında "Meliorasiya və irriqasiya haqqında" qanuna dəyişiklik müzakirəyə çıxarılıb.

"APA-Economics" xəbər verir ki, qanunun 12-ci maddəsinə dördüncü hissənin əlavə edilməsi təklif edilir.

Dəyişikliyə əsasən, meliorasiya və irriqasiya üzrə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun balansında olan meliorasiya və su təsərrüfatı obyektlərinin layihələndirilməsi, tikintisi (inşası, cari və əsaslı təmiri, yenidən qurulması, bərpası), idarə olunması, saxlanılması, qorunması işlərinin görülməsi üçün lisenziya və icazə alınması tələb olunduqda, həmin lisenziya və icazə alınmış hesab edilir və yenidən alınması tələb olunmur.

Səsvermədən sonra dəyişiklik qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR