Ağdaş sakini qəbiristanlıqda özünü güllələyib

Ağdaş sakini qəbiristanlıqda özünü güllələyib
# 18 mart 2016 07:50 (UTC +04:00)

Ağdaş. Elvin Yaqubov - APA. Ağdaş rayonunda intihar hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Cüvə kəndində qeydə alınıb. Kənd sakini 1974-cü il təvəllüdlü Muradov Teymur Soltan oğlu atasının məzarı üstündə özünü ov tüfəngi ilə güllələyib. İki övladı olan Teymur Muradov aldığı güllə yarasından hadisə yerində dünyasını dəyişib.

İntiharın səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR