Autizmli uşaqlar üçün xeyriyyə marafonu keçirilib

Autizmli uşaqlar üçün xeyriyyə marafonu keçirilib
# 08 dekabr 2015 11:28 (UTC +04:00)

Bakı-APA. Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyində xeyriyyə marafonu keçirilib.

APA-nın xəbərinə görə, “Nərgiz” Nəşriyyat Evinin təşkilatçılığı ilə keçirilən “Soyuq əllər, isti ürək, qış möcüzəsi” adlı marafon Yeni ilə həsr olunub.

Bu məqsədlə Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyində olan autizmli uşaqlar ziyarət olunub. Nəşriyyat Evinin heyəti ənənəvi olaraq 50-yə yaxın autizmdən əziyyət çəkən uşağa yardımlar edib. Tədbirdə bir sıra beynəlxalq təşkilatların, səfirliklərin nümayəndələri və digər şəxslər iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR