“İçəri şəhər” filminin təqdimatı keçiriləcək

“İçəri şəhər” filminin təqdimatı keçiriləcək
# 23 fevral 2016 09:21 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Martın 1-də Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının dövlət sifarişi ilə lentə aldığı “İçəri şəhər” bədii filminin təqdimatı keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, rejissor İlqar Safatın gənc qızın Qarabağ müharibəsi veteranı ilə məhəbbətindən bəhs edən filminin ideya müəllifi Təhminə Rafaella, ssenari müəllifləri İlqar Safat və Təhminə Rafaella, quruluşçu operatoru Luka Koassin, quruluşçu rəssamı Bütünay Haqverdiyev, redaktoru Yusif Şeyxov, icraçı prodüseri Ülvi Qasımov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə Təhminə Rafaella, Firdovsi Atakişiyev, Mehriban Zəki, Elmira Şabanova, İnna İmranova, Anar Xəlilov, Leyla Axundova, Zemfira Ağabəyova, Murad Yegizarov, Murad Məmmədov və başqaları çəkiliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR