Gəncədə qadın sirkə turşusundan zəhərlənib

Gəncədə qadın sirkə turşusundan zəhərlənib
# 16 sentyabr 2016 10:52 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncə şəhər sakini sirkə turşusundan zəhərlənib. APA-nın qərb bürosunun verdiyi məlumata görə, şəhər sakini 1988-ci il təvəllüdlü Vüsalə Məmmədova sirkə turşusu zəhərlənməsi əlaməti ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Qadının qohumları onun su əvəzinə səhvən sirkə turşusu içdiyini bildiriblər.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR