Ağcabədidə intihar etmək istəyən şəxs xilas edilib

Ağcabədidə intihar etmək istəyən şəxs xilas edilib
# 13 aprel 2016 14:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Ağcabədidə intihara cəhd olub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağcabədi şəhərində 1 nəfər intihar etmək məqsədilə hündurlüyü 30 metr olan qülləyə çıxıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşla pisixoloji söhbətlər aparıb və intihara cəhdin qarşısını alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR