CAR yığmasının futbolçusu “Qarabağ” klubuna keçib

CAR yığmasının futbolçusu “Qarabağ” klubuna keçib
# 12 avqust 2016 18:10 (UTC +04:00)

Bakı-APA. “Qarabağ” Dino Ndlovu transferini rəsmən açıqlayıb.

Apasport.az-ın məlumatına görə, klubun rəsmi saytından verilən xəbərdə CAR yığmasının üzvü ilə müqavilə imzalandığı bildirilib.

Ötən mövsümü Cənubi Kiprin “Anortosis” klubunda keçirmiş hücumçu ilə 2 illik anlaşma əldə edilib.

Qeyd edək ki, 26 yaşlı forvard karyerası ərzində öz ölkəsində və İsrail klublarında da çıxış edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR