Bakıda hüquqşünasın evi qarət edilib

Bakıda hüquqşünasın evi qarət edilib
# 29 iyun 2016 10:23 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda hüquqşünasın evi qarət edilib. Bu barədə APA-ya qarətə məruz qalan hüquqşünas Toğrul Vəliyev məlumat verib.

Onun sözlərinə görə, iyunun 26-da Sulutəpə qəsəbəsində kirayədə yaşadığı evə pəncərənin dəmir barmaqlıqlarını qıraraq daxil olan naməlum şəxs və ya şəxslər evin altını-üstünə çeviriblər.

Hüquqşünasın bildirdiyinə görə, evə girən naməlum şəxs və ya şəxslər mənzildən ona şəxsi əşyalarını və iki ədəd notebookunu götürüblər.

Baş verən oğurluq hadisəsi ilə bağlı Binəqədi rayon Polis İdarəsi məlumatlandırılıb.

T. Vəliyev həmçinin qeyd edib ki, Sulutəpə qəsəbəsində son vaxtlar ev oğurluqlarının sayı kəskin artıb.

Polisdən APA-ya bildirilib ki, hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Qeyd edək ki, evi qarət olunan T. Vəliyev Azərbaycanda fəaliyyət göstərən özəl şirkətlərdən birində hüquqşünas işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR