Lənkəran sakini külli miqdarda narkotiklə tutulub

Lənkəran sakini külli miqdarda narkotiklə tutulub
# 19 oktyabr 2015 11:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Lənkəran sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Lənkəran şəhərində şəhər sakini Fuad Bağırovdan 1 kiloqram 35 qram həşiş qətranı götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR