Gəncədə motosikletlə avtomobil toqquşub, xəsarət alan var

Gəncədə motosikletlə avtomobil toqquşub, xəsarət alan var
# 29 avqust 2016 15:53 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə motosikletlə avtomobil toqquşub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə nəticəsində motosikletin sürücüsü, 1978-ci il təvəllüdlü Saleh Hüseynov müxtəlif bədən xəsarətləri alaraq Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Onun vəziyyətinin normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR