Ağdam sakinini it dişləyib

Ağdam sakinini it dişləyib
# 26 avqust 2016 18:58 (UTC +04:00)

Ağdam. Ziya Əmirxanlı-APA. Ağdamda 65 yaşlı kişini it dişləyib.

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayonun köçkünlərin məskunlaşdığı Qasımbəyli qəsəbəsində qeydə alınıb.

Adığözəlov Əkbər Əvəz oğlu, Ağdam Mərkəzi Rayon Xəstəxanasına, sol əlin cızılmış, dişlənmiş yarası ilə yerləşdirilib.

Xəstəxanadan APA-ya verilən xəbərə görə Ə. Adığözəlovun quduzluğa qarşı peyvənd edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR