Cəbhə bölgəsində "Qrad" raketinin mühərrik hissəsi və partlamamış top mərmisi tapılıb

Cəbhə bölgəsində "Qrad" raketinin mühərrik hissəsi və partlamamış top mərmisi tapılıb
# 23 may 2016 16:57 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mayın 23-də Tərtər, Ağcabədi, Ağdam, Füzuli və Goranboy rayonlarında 6 ev və həyətyanı sahə, 3 əkin sahəsi və 10 partlayış yerinə baxış keçirib.

Agentlikdən APA-ya verilən məlumata görə, baxış keçirilən ərazilərdə 2 ədəd partlamamış hərbi sursat (1 ədəd "Qrad" raketinin mühərrik hissəsi və 122 mm-lik partlamamış OF-56 top mərmisi) tapılıb və gün ərzində 21 190 kv/m ərazi təmizlənib.

Ümumilikdə ANAMA tərəfindən 7 Aprel - 23 May tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 515 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 3 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 14 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 453 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 2 ədəd piyada əleyhinə POMZ-2 və 6 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı, məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR