İranda Ermənistanın ixtisaslaşdırılmış sərgisi keçirilir

İranda Ermənistanın ixtisaslaşdırılmış sərgisi keçirilir
# 05 oktyabr 2016 11:27 (UTC +04:00)

Tehran. Süleyman Fərzəliyev - APA. İranda Ermənistanın ixtisaslaşdırılmış sərgisi təşkil olunub.

APA-nın Tehran bürosunun məlumatına görə, bu gün paytaxt Tehranda 91 Ermənistan şirkətinin iştirakı ilə Ermənistanın ilk ixtisaslaşdırılmış sərgisi açılıb. Sərgi qarşılıqlı iqtisadi əlaqələrin inkişaf etdirilməsi, ikitərəfli sərmayə yatırımına təşviq, turizmin inkişafı və ölkələr arasında ticarət əlaqələrinin asanlaşdırılması məqsədilə təşkil olunub.


Sərgidə tibb avadanlıqları, kənd təsərrüfatı sənayesi, ərzaq, spirtsiz içki istehsalçıları, qızıl-zinət, geyim, İT, tikinti, nəqliyyat, bank, sığorta və turizm sahələrində fəaliyyət göstərən şirkətlər iştirak edir. Sərgi 4 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR