Bakıda Azərbaycan-İndoneziya energetika forumu keçirilir

Bakıda Azərbaycan-İndoneziya energetika forumu keçirilir
# 01 fevral 2016 06:22 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu gün Bakıda Azərbaycan-İndoneziya Energetika Forumu öz işinə başlayıb.

"APA-Economics" xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib ki, ölkəmiz bu sahədə öz təcrübəsi ilə İndoneziya ilə bölüşməyə hazırdır. Nazir əlavə edib ki, Azərbaycan İndoneziya ilə əməkdaşlığa böyük önəm verir.

İndoneziyanın Enerji və Mineral Sərvətlər Nazirliyinin neft və qaz üzrə baş direktoru Qusti Lyonan Jratmaja Puja ölkəsinin neft-qaz sahəsində əldə etdiyi nailiyyətlərdən söhbət açıb.

Qeyd edək ki, tədbirdə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin, o cümlədən dövlət şirkətləri olan SOCAR, "Azərenerji" və "Azərişıq" ASC-nin təqdimatlarının keçiriləcəyi nəzərdə tutulub.

Həmçinin İndoneziyanın “Pertamina” şirkəti və SOCAR-ın biznes icmallarına baxılacaq.

Forum çərçivəsində "SOCAR Trading" və "Pertamina" arasında biznes tərəfdaşlığına dair Anlaşma Memorandumunun imzalanması da nəzərdə tutulub.

Qeyd edək ki, 2015-ci ilin yanvar-sentyabr aylarında İndoneziyanın Azərbaycanın ticarət dövriyyəsinin payı 2,61%, o cümlədən idxalda 0,29%, ixracatda 4,35% təşkil edib. İndoneziya ilə Azərbaycan arasında ticarət dövriyyəsinin həcmi 400,9 mln. ABŞ dolları, idxalın həcmi 19,8 mln. dollar, ixracın həcmi 381,72 mln. dollar təşkil edib. Xarici ticarət saldosu müsbət 362,54 mln. dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR