Quba sakini kəsdiyi ağacın altında qalaraq ölüb

Quba sakini kəsdiyi ağacın altında qalaraq ölüb
# 10 mart 2016 10:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Quba sakini bədbəxt hadisə nəticəsində ölüb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hadisə Quba rayonunun Möhüc kəndində qeydə alınıb. Kənd sakini Səddam Şükürov kənd ərazisindəki meşə zolağında kəsdiyi ağacın altında qalaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR