Moskvada beş yaşlı uşaq intihar edib

Moskvada beş yaşlı uşaq intihar edib
# 19 mart 2016 22:40 (UTC +04:00)

Bakı-APA. İstintaq Komitəsi Moskvada beş yaşlı uşağın ölümündən sonra Rusiya Cinayət Məcəlləsinin 110-cu maddəsi üzrə (İntihar həddinə çatdırılma) cinayət işi açıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin Moskva üzrə İdarəsinin saytında dərc edilmiş məlumatda bildirilir.

“İstintaqın versiyasına əsasən, martın 19-u axşam saatlarında Moskvanın Rublyovskoye şosesi boyu yerləşən binaların birinin qarşısında 2010-cu il təvəllüdlü oğlan uşağının üzərində xarakterik xəsarətlərin olduğu meyiti aşkarlanıb”, - deyə məlumatda bildirilir. Məlumata görə, uşağın meyiti valideynləri tərəfindən tapılıb.

Polis uşağın ölümü ilə bağlı araşdırma aparır.

Hadisənin təfərrüatları açıqlanmır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR