Dövlət Komitəsi daha bir prezidentin Azərbaycana gələcəyini təsdiqləyib

Dövlət Komitəsi daha bir prezidentin Azərbaycana gələcəyini təsdiqləyib
# 25 fevral 2016 08:37 (UTC +04:00)

Bakı-APA. Martın 9-da Monteneqro Respublikasının Prezidenti Filip Vuyanoviç IV Qlobal Bakı Forumunda iştirak etmək üçün Bakıya gələcək.

Bu barədə APA-ya Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib. Komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan forum martın 10-11-də keçiriləcək. Forumda bir sıra ölkələrin prezidentləri, sabiq dövlət və hökumət başçıları, tanınmış siyasətçilərin iştirakı gözlənilir. “Çoxqütblü dünyaya doğru” mövzusuna həsr olunan Forumda dünyanı narahat edən bir sıra qlobal problemlərin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, bu Bakıda keçirilən dördüncü forumdur. İlk forum 2013-cü ildə təşkil olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR