Türkiyə XİN-i: Terrorçular Suriya danışıqlarına buraxılmamalıdır

Türkiyə XİN-i: Terrorçular Suriya danışıqlarına buraxılmamalıdır
# 26 yanvar 2016 21:07 (UTC +04:00)

Bakı-APA. Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu hesab edir ki, Suriya danışıqlarında iştirakçı qrupların formalaşdırılması zamanı “Cəbhət ən Nüsrə” və “İŞİD” kimi terror təşkilatlarının iştirakına yol verilməməlidir. APA-nın xəbərinə görə, bu barədə o “RİA Novosti”yə açıqlamasında bildirib.

Türkiyə XİN rəhbəri danışıqlarda müəyyən ediləcək iştirakçıların hamısının təmsil olunmasının zəruriliyini qeyd edib: “Siyasi nizamlanma Suriyadakı münaqişənin yeganə həll yoludur”.

Mövlud Çavuşoğlu hazırkı vəziyyəti şərh edərək, artıq BMT-nin iştirakçı komandalara dəvətnamələr göndərdiyini bildirib: “Müxalifət hazırdır, bir müddət sonra onlar öz nümayəndə heyətlərini təyin edəcəklər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR