Rusiya XİN: Boğazdan keçərkən əsgərin əlində silah tutması Montrö konvensiyasına zidd deyil

Rusiya XİN: Boğazdan keçərkən əsgərin əlində silah tutması Montrö konvensiyasına zidd deyil
# 08 dekabr 2015 15:31 (UTC +04:00)

Bakı – APA. Rusiya hökuməti İstanbul boğazından keçən Rusiya hərbi gəmisinin göyərtəsində silahlı əsgərin dayanması faktı ilə əlaqədar Türkiyənin etirazına cavab verib.

APA-nın RBK-ya istinadən verdiyi məlumata görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, “Sezar Kunikov” böyük desant gəmisinin göyərtəsində bir əsgərin əlində daşınan zenit-raket kompleksi tutması Türkiyə boğazlarının hüquqi rejimini tənzimləyən Montrö konvensiyasına zidd deyil: “Gəminin mühafizəsi istənilən ekipajın qanuni haqqıdır”.

M. Zaxarova Türkiyənin bu faktı provokasiya və təhlükə saymasından təəccübləndiklərini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR