Hakan Şükürün villasında axtarış aparılıb

Hakan Şükürün villasında axtarış aparılıb
# 16 avqust 2016 11:17 (UTC +04:00)

Bakı - APA. Bu gün Türkiyədə sabiq millət vəkili və futbolçu Hakan Şükürün Kocaelinin Kandıra qəsəbəsindəki villasında axtarış aparılıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Sakarya Prokurorluğunun barəsində həbs qərarı verdiyi H. Şükürün Sakarya Sülh Cəza Məhkəməsinin qərarı ilə müsadirə edilən villasında axtarış jandarma tərəfindən həyata keçirilib.

Axtarışın nəticəsi barədə heç bir açıqlama verilməyib.

Digər məlumata görə, Kandıranın Babaköyü-Melensu məhəlləsində Fətullahçı Terror Təşkilatına (FETÖ) aid qəzet, kitab, CD, imtahan kağızları, telefon nömrələri olan vərəqlər aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR