Xuliqanlıqda və adam bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub

 Xuliqanlıqda və adam bıçaqlamaqda təqsirləndirilən şəxsə hökm oxunub
# 19 sentyabr 2015 08:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Ağır Cinayətlər Məhkəməsində xuliqanlıq və adam bıçaqlamaqda təqsirləndirilən Elşən Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, E. Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E. Məmmədov münaqişə zəminində bir nəfəri bıçaqlayıb. Araşdırmalar zamanı onun xuliqanlıq cinayəti törətdiyi də məlum olub.

O, Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa xəsarət yetirmə) və 221-ci (xuliqanlıq) maddələrinə əsasən ittiham olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR