İtaliyada 57 mafiya üzvü saxlanılıb

İtaliyada 57 mafiya üzvü saxlanılıb
# 24 may 2016 15:18 (UTC +04:00)

Bakı – APA. İtaliyada mafiyanın 57 fəal üzvü saxlanılıb.

APA-nın “Il Mattino” nəşrinə istinadən verdiyi məlumata görə, onlar Neapol mafioz qruplaşması olan Kamorraya daxil olan Auqusto La Torre klanına aiddir.

Saxlanılan şəxslərə qətl, reket, narkotik alveri və digər cinayətlərlə bağlı ittihamlar irəli sürülüb.

Polis əməliyyatı eyni vaxtda Neapol, Roma, Latsio və daha üç şəhərdə keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR