UNESCO: 2017-ci ildə Bakıda Ümumdünya Mədəniyyətlərarası Forum keçiriləcək

UNESCO: 2017-ci ildə Bakıda Ümumdünya Mədəniyyətlərarası Forum keçiriləcək
# 26 aprel 2016 17:07 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Biz gəncləri itirən zaman onlar terrorçulara qoşulurlar. Ona görə də təhsilə, inklüzivliyə nail olunmalı, həyat boyu təhsil təmin edilməlidir”.


APA-nın məlumatına görə, bunu bu gün Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında UNESCO-nun baş katibinin təhsil məsələləri üzrə köməkçisi Qian Tanq söyləyib.


O deyib ki, zorakı ekstremizmə qarşı yalnız bu yolla mübarizə aparmaq olar: “Bizim elə bir təhsil sistemimiz olmalıdır ki, milli səviyyədə göstərilən səylərə töhfə vermiş olsun. UNESCO təlim məqsədilə bununla bağlı yaddaş kitabçası da hazırlayıb. 2017-ci ildə Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Forum keçiriləcək. Bizim mədəniyyətlərimiz bir-biri ilə sıx əlaqədədir və biz mədəniyyətlərarası dialoqun inkişaf etdirilməsinə çalışmalıyıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR