Azərbaycanın rayonlarından birinə yeni polis rəisi təyin edilib

Azərbaycanın rayonlarından birinə yeni polis rəisi təyin edilib
# 01 iyun 2016 11:55 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Daxili işlər orqanlarında yeni təyinat olub.

APA-nın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən Qusar rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini Məhəmməd İbrahimov tutduğu vəzifədən azad edilərək Ağcabədi rayon Polis Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya yeni təyinat xəbərini təsdiqləyiblər.

Xatırladaq ki, M. İbrahimov bir neçə il əvvəl Qusarda vəhhabilərə qarşı keçirilən xüsusi əməliyyatda yaralanıb.

Qeyd edək ki, Ağcabədinin bundan əvvəlki rəisi Şamil Seyidli bir müddət əvvəl tutduğu vəzifədən azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR