“Real” İspaniya Kral Kubokundan uzaqlaşdırıla bilər

“Real” İspaniya Kral Kubokundan uzaqlaşdırıla bilər
# 03 dekabr 2015 07:51 (UTC +04:00)

Bakı – APA. Madrid “Real”ını ciddi cəza gözləyir. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, Rafael Benitesin komandası İspaniya Kral Kubokundan uzaqlaşdırıla bilər.

Buna səbəb madridlilərin ölkə kubokunun 1/16 final mərhələsində “Kadiz”lə görüşdə cəzalı Denis Çerışevi oynatmasıdı. Ötən mövsüm icarə əsasında “Vilyareal”da çıxış etmiş rusiyalı yarımmüdafiəçi “Real Sosyedad”, “Xetafe” və “Barselona” ilə kubok görüşlərində sarı vərəqə alıb.

Passivində 3 sarı vərəqəsi olduğu üçün isə o, “Kadiz”lə dünənki matçı buraxmalı idi. Lakin Benites onu start heyətində meydana buraxıb və Çerışev 3-cü dəqiqədə hesabı açıb. Bundan gec xəbər tutan məşqçilər korpusu fasilədə Çerışevi xorvatiyalı Mateo Kovaçiçlə əvəzləyib.

İndi “Real”ın İspaniya Kral Kubokundan kənarlaşdırılması gözlənilir. Çünki ötən mövsüm “Osasuna” eyni səbəbdən diskvalifikasiya olunmuşdu.

Qeyd edək ki, dünənki qarşılaşma “Real”ın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR