Kerri: “Əsədin hakimiyyətdən getməsi Suriyada müharibənin dayandırılmasının yeganə yoludur”

Kerri: “Əsədin hakimiyyətdən getməsi Suriyada müharibənin dayandırılmasının yeganə yoludur”
# 26 fevral 2016 01:12 (UTC +04:00)

Bakı-APA. “Bəşər Əsədin hakimiyyətdən getməsi Suriyada müharibənin dayandırılmasının yeganə yoludur”. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət katibi Con Kerri deyib.

“Əsədin hakimiyyətdə qalacağı təqdirdə müharibəni dayandırmaq mümkün olmayacaq”, - deyə Kerri qeyd edib.

O, həmçinin, Suriyada atəşkəs rejiminin tətbiqi mexanizminin yaxın günlərdə hazırlanacağını qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR