Azərbaycanda hərbi məktəblərin feldşer ixtisasına qəbul imtahanı keçirilir

Azərbaycanda hərbi məktəblərin feldşer ixtisasına qəbul imtahanı keçirilir
# 29 iyul 2016 07:30 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Müdafiə Nazirliyinin hərbi liseylərinə və Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Məktəbinin feldşer ixtisasına qəbul imtahanı keçirir. APA-nın xəbərinə görə, imtahan Bakı və Naxçıvan şəhərlərində ümumilikdə 3 binada təşkil olunub.

İmtahanda 1694 abituriyentin (Bakı şəhərində 1023 nəfər, Naxçıvan şəhərində 671 nəfər) iştirakı nəzərdə tutulur. Onlardan 118 nəfəri Hərbi Tibb Məktəbinə, 1576 nəfəri isə hərbi liseylərə imtahan verir.

İmtahanın idarə olunmasına 15 imtahan rəhbəri, 140 nəzarətçi-müəllim cəlb edilib. İmtahan bütün binalarda eyni vaxtda - saat 11:00-da başlayacaq və 2 saat davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR