Quldurluq edən şəxsə 8 il həbs cəzası verilib

Quldurluq edən şəxsə 8 il həbs cəzası verilib
# 12 iyul 2016 15:13 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluqda təqsirli bilinən şəxsin məhkəməsi başa çatıb.

APA-nın məlumatına görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə Qusar rayon sakini Anar Məhərrəmova hökm oxunub. Məhkəmənin hökmü ilə A. Məhərrəmov 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, A. Məhərrəmov ötən ilin dekabrın 17-də rayon sakini Rizvan Əfəndiyevə məxsus evə basqın edib. O, ev sahibinin oğlu Abdulheyə zor tətbiq edib və oradan 720 manat və qızıl əşyalar aparıb. A. Məhərrəmov Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə ittiham olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR