İstanbul derbiləri ilə bağlı yeni qərar verilib

İstanbul derbiləri ilə bağlı yeni qərar verilib
# 22 sentyabr 2016 15:32 (UTC +04:00)

Bakı – APA. Türkiyə Superliqasının növbəti turu ərəfəsində İstanbul nəhənglərinin azarkeşləri sevindirici xəbər alıb. Apasport.az saytının məlumatına görə, “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” arasında prinsipial görüşləri qonaq komandaların azarkeşləri də izləyə biləcək.

Buna İstanbul Valiliyi İdman Təhlükəsizliyi Şurasının bu gün çıxardığı qərar imkan verib. Qurumun yığıncağında derbilərə tətbiq olunan qadağanın aradan götürülməsinə qərar verilib.

Artıq sentyabrın 24-də keçiriləcək “Beşiktaş” – “Qalatasaray” görüşündə “sarı-qırmızılar”ın da fanatları iştirak edə biləcək. Bu matçda “Cim-Bom”sevərlərə 2110 yer ayrılacaq.

Bir neçə ildi mövcud qadağa derbilər üçün aradan qaldırılsa da, yeni qərar “Trabzonspor”un matçlarına şamil olunmayacaq. Çünki Trabzon bölgəsi Təhlükəsizlik Şurası futbol və basketbol matçları zamanı 3 nəhəngin azarkeşlərinin iştirakına icazə verilməməsinə qərar verib. “Beşiktaş”la “Bursaspor” arasında görüşlər üçün də eyni cəza qüvvədə qalmaqdadı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR