Ərdoğan: "Putin dilemma qarşısındadır"

Ərdoğan: "Putin dilemma qarşısındadır"
# 02 aprel 2016 12:15 (UTC +04:00)

Bakı - APA. "Rusiya prezidenti Vladimir Putin dilemma qarşısındadır". APA-nın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan CNN telekanalına müsahibəsində deyib.

"Rusiya Bəşər Əsəd kimi tirana hərbi baza verdi. Əsəd isə terrorizmi maliyyələşdirir. Qabaqlar Putin Əsədin Suriyadakı vəziyyətinə başqa cür yanaşırdı. Görünür, cənab Putin dilemma qarşısındadır. Söhbət 500 min insanın ölümündə əli olan Əsəd kimi tirandan gedir. Düşünürəm ki, Əsəd kimi insanın tərəfində qalmağı tarix Putinə bağışlamaz", - deyə Ərdoğan bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR