Ağcabədidə valyuta alqı-satqısı ilə məşğul olan daha bir şəxsin 1 il əvvəl itkin düşdüyü məlum olub

Ağcabədidə valyuta alqı-satqısı ilə məşğul olan daha bir şəxsin 1 il əvvəl itkin düşdüyü məlum olub
# 20 oktyabr 2015 10:30 (UTC +04:00)

APA-nın Qarabağ bürosunun xəbərinə görə, rayonun Qaravəlli kənd sakini, 1959-cu il təvəllüdlü Məhərrəmova Fatma Yadulla qızı 2014-cü il avqustun 5-də itkin düşüb.

Rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, qadın barəsində həmin vaxtdan axtarış elan olunub.

F. Məhərrəmovanın da itkin düşən iki həmyerlisi kimi Ağcabədidəki “Kolxoz bazarı”nda valyuta dəyişmə ilə məşğul olduğu bildirilir.

Qeyd edək ki, dünən Ağcabədi rayonunda iki nəfərin itkin düşdüyü açıqlanıb.

Ağcabədi rayon Polis Şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan şəxs yoxa çıxıb.

Ağcabədi rayon sakini İsmayılov Valeh Qanboy oğlunun itkin düşməsi barədə ailəsi polisə məlumat verib. 1956-cı il təvəllüdlü V. İsmayılov oktyabrın 17-də səhər saat 07:40 radələrində evdən çıxıb və geri qayıtmayıb.

Bununla bağlı Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən axtarış elan olunub.

2015-ci il mayın 27-də isə Ağcabədidə “Kolxoz bazarı” adlanan yerdə xarici valyutanın alqı-satqısı ilə məşğul olan digər şəxs, 1975-ci il təvəllüdlü Vüqar Hümbətovun da itkin düşdüyü bildirilib. O, Ağcabədi şəhəri, Həzi Aslanov küçəsi ev 14 ünvanında qeydiyyatındadır.

V. Hümbətovun itkin düşdüyü vaxt üzərində olan pulun miqdarı məlum olmasa da, Valeh İsmayılov evdən çıxanda üzərində 3000 manatadək pul olduğu bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR