Marneulidə qazpaylayıcı şəbəkənin açılışı olub

Marneulidə qazpaylayıcı şəbəkənin açılışı olub
# 03 sentyabr 2016 13:01 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunun Qırıxlı kəndində tikintisi başa çatan yeni qazpaylayıcı şəbəkənin açılışı olub.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, açılış mərasimində Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze, SOCAR prezidenti Rövnəq Abdullayev, Gürcüstan baş nazirinin köməkçisi Savalan Mirzəyev, "SOCAR Energy Georgia" şirkətinin baş direktoru Mahir Məmmədov, Kvemo Kartli qubernatoru Paata Xizanaşvili, Marneuli Rayon İcra Hakimiyyətinin başçısı Merab Topçişvili və digər şəxlər iştirak ediblər.

Tədbirdə energetika naziri Kaxa Kaladze və Rövnəq Abdullayev çıxış edərək Gürcüstan və Azərbaycanın yaxın dost, qardaş və strateji tərəfdaş olduğunu bildiriblər.

R. Abdullayev Gürcüstanda və Azərbaycanda qazlaşdırma siyasətinin uğurla davam etdiyini bildirib. O, 2016-cı ilin axırınadək daha 1600 kilometr qaz xətti və əlavə 40 min potensial abonentə qaz verilməsi planlaşdırılıldığını deyib.

Qeyd olunub ki, “SOCAR Georgia QAS” şirkəti 2009-cu ildən Gürcüstan ərazisində 5360 kilometr qazpaylayıcı şəbəkə tikib və 209 130 abonent qazla təmin olunub.

Ümumiyyətlə, “SOCAR Georgia QAS” şirkəti götürdüyü investisiya öhdəliyi çərçivəsində 7000 kilometrdən çox qazpaylayıcı şəbəkə tikəcək və bu şəbəkəyə 250 000 potensiyal abonentin qoşulmaq imkanı olacaq.

Tədbirdə Qırıxlı kənd sakini Rza Abbasovun evində təbii qaz yandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR