Filip Bridlav: “Minsk razılaşmaları ilin sonunadək yerinə yetirilməyəcək”

Filip Bridlav: “Minsk razılaşmaları ilin sonunadək yerinə yetirilməyəcək”
# 02 dekabr 2015 17:27 (UTC +04:00)

Bakı-APA. Minsk razılaşmaları ilin sonunadək yerinə yetirilməyəcək.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə NATO-nun Avropadakı silahlı qüvvələrinin komandanı general Filip Bridlav bildirib.

“Donbasda atəşkəs rejiminə riayət edilməsi münaqişənin sonu demək deyil”, deyə Filip Bridlav qeyd edib.

Onun sözlərinə görə, Rusiya Ukraynanın cənub-şərqində separatçılara dəstək göstərməkdə davam edir: “Minskdə əldə olunan razılaşmaların ilin sonunadək icra olunmasına şübhə ilə yanaşıram”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR