Ombudsmanın nümayəndələri polis şöbələrinə başçəkmələr həyata keçirib

Ombudsmanın nümayəndələri polis şöbələrinə başçəkmələr həyata keçirib
# 02 mart 2016 13:29 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri Göygöl Rayon Polis Şöbəsinin (RPŞ) və Mingəçevir Şəhər Polis Şöbəsinin müvəqqəti saxlama yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, başçəkmələr çərçivəsində, saxlanılan şəxslərin saxlanılmasının qanuniliyini təsdiq edən, habelə həmin şəxslərlə rəftara və onların saxlanma şəraitinə aid olan sənədlər araşdırılıb.

Eyni zamanda, MSY-lərin bütün kameralarına baxışlar keçirilib, qidalanma, tibbi yardım, gəzinti, görüş, telefon danışıqları, kameradan çıxarılma və sovqat ilə bağlı sənədləşmə yoxlanılıb.


MSY-lərdə saxlanılan, inzibati qaydada həbs olunan, habelə cinayət prosessual qanunvericiliyə uyğun olaraq tutulan və həbs olunan şəxslər MPQ üzvləri tərəfindən fərdi qaydada qəbul edilib: “Onların müraciətləri cavablandırılıb, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər verilib. Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyiblər”.

Yekunda adı çəkilən rayon polis şöbələrinin və MSY-lərin rəhbərliyinə milli qanunvericiliyə və beynəlxalq standartlara, habelə müvəqqəti saxlama yerlərinin daxili intizam qaydalarına uyğun şəkildə müvafiq qeydiyyat jurnallarında müəyyən edilmiş nöqsanların aradan qaldırılması, saxlama şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib, xidmət əməkdaşlarına ünvanlanan hüquqi maarifləndirmə işi aparılıb.


Başçəkmənin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR