UEFA prezidentliyinə 2 namizəd qalıb

UEFA prezidentliyinə 2 namizəd qalıb
# 07 sentyabr 2016 15:24 (UTC +04:00)

Bakı – APA. UEFA prezidentliyinə namizədlərin sayı 2-yə enib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, daha bir namizəd geri addım atıb.

Bu, İspaniya Kral Futbol Federasiyasının prezidenti Migel Anxel Vilyardı. O, namizədliyini geri götürməyinin səbəbini belə izah edib: “Mənə böyük dəstək olmasına baxmayaraq, prezidentlikdən imtina etmək qərarına gəldim. Çünki yenidən İspaniya Kral Futbol Federasiyasının prezidentliyinə namizəd olmaq fikrindəyəm”.

Bununla da UEFA prezidentliyinə iki namizəd qalıb - Niderland Krallığı Futbol Federasiyasının rəhbəri Mixael van Praq və Sloveniya Futbol Federasiyasının prezidenti Aleksander Çeferin. Adıçəkilən iki şəxs arasında Çeferinin şansı daha yüksək qiymətləndirilir. Çünki UEFA-ya üzv olan 55 ölkədən artıq 23-ü sloveniyalı futbol funksionerini dəstəkləyir. Çeferin prezident seçilmək üçün sentyabrın 14-də Afinada keçiriləcək seçki zamanı 28 ölkənin səsini toplamalıdı.

Qeyd edək ki, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da UEFA prezidenti vəzifəsinə seçkilərdə Çeferinin namizədliyini dəstəklədiyini açıqlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR