Olland: “Türkiyə və Rusiya arasında müharibə təhlükəsi mövcuddur”

Olland: “Türkiyə və Rusiya arasında müharibə təhlükəsi mövcuddur”
# 19 fevral 2016 20:50 (UTC +04:00)

Bakı-APA. Türkiyə və Rusiya arasında müharibə təhlükəsi mövcuddur.

APA-nın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Fransa prezidenti Fransua Olland “France Inter” radiosunun efirində bəyan edib .

“Türkiyə və Rusiya arasında müharibə təhlükəsi mövcuddur. Suriyada vəziyyətin daha da gərginləşməməsi üçün bütün addımlar atılmalıdır”, deyə F.Olland bildirib.

O qeyd edib ki, bölgədə hərbi əməliyyatlara son qoyulmalı, danışıqlar bərpa edilməli, əhaliyə humanitar yardımın çatdırılması üçün şərait yaradılmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR