Birinci rübdə Azərbaycanın xarici ticarət əməliyyatlarında 45 mln. dollarlıq müsbət saldo yaranıb

Birinci rübdə Azərbaycanın xarici ticarət əməliyyatlarında 45 mln. dollarlıq müsbət saldo yaranıb
# 18 aprel 2016 09:41 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-mart aylarında Azərbaycanın xarici ticarət əməliyyatlarının həcmi 3 mlrd. 606 mln. 542,05 min ABŞ dolları təşkil edib.


"APA-Economics" Dövlət Gömrük Komitəsinin açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 37,98% azdır.


Ötən üç ay ərzində idxal əməliyyatları 1 mlrd. 825 mln. 922.13 min dollar olub ki, bu da 2015-ci ilin yanvar-mart ayları ilə müqayisədə 24,90% azdır.

I rübdə Azərbaycan 1 mlrd. 780 mln. 619.92 min dollarlıq ixrac əməliyyatı həyata keçirib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 47,38% azdır.

Nəticədə 45 mln. 302,21 min dollar müsbət saldo yaranıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR