Qafqaz Universitetində İnformatika üzrə fənn olimpiadasının yarımfinal turu keçirilib

Qafqaz Universitetində İnformatika üzrə fənn olimpiadasının yarımfinal turu keçirilib
# 14 mart 2016 09:24 (UTC +04:00)

Bakı-APA. Qafqaz Universitetində Təhsil Nazirliyi tərəfindən təşkil olunmuş məktəblilərin İnformatika üzrə fənn olimpiadasının respublika mərhələsinin yarımfinal turu keçirilib.

Universitetin mətbuat şöbəsindən APA-ya bildirilib ki, müsabiqədə respublikanın müxtəlif bölgələrinin ümumtəhsil məktəblərindən 78 şagird iştirak edib. Müsabiqə iki müxtəlif qrup üzrə (7-8-ci siniflər və 9-11-ci siniflər) keçirilib. Şagirdlərə 4 saat ərzində 6 alqoritmik məsələni (C, C++, Pascal, Java, Pyton proqramlaşdırma dillərinin birində) həll etmək tapşırığı verilib.

Qiymətləndirmə informatika.edu.az <http://informatika.edu.az/> saytında avtomatik qiymətləndirmə sistemi vasitəsilə aparılıb.

Müsabiqədə müvəffəqiyyət qazanan şagirdlər aprelin 10-da keçiriləcək final turunda iştirak edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR