23 nömrəli məktəbdə İngilis dili mərkəzi açılıb

23 nömrəli məktəbdə İngilis dili mərkəzi açılıb
# 19 may 2016 11:38 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün “British Council Azərbaycan” və Təhsil Nazirliyinin dəstəyi ilə 23 nömrəli tam orta məktəbdə İngilis dili mərkəzinin açılışı olub. APA-nın xəbərinə görə, tədbirdə təhsil nazirinin müavini Ceyhun Bayramov, “British Council” təşkilatının regional direktoru Əndui Uilyams, ingilis dili üzrə regional direktor Cil Koates və başqaları iştirak edib.

Tədbirdə çıxış edən təhsil nazirinin müavini Ceyhun Bayramov ki, mərkəzdə yalnız bu məktəbin ingilis dili müəllimləri üçün deyil, digər ətraf məktəblərin müəllimləri üçün də şərait yaradılacaq. Onun sözlərinə görə, yeni yanaşmalar tətbiq etməklə, yeni əlavə tədris resursları təqdim etməklə təlimlər diskusiyalar, mübadilə formatında həyata keçiriləcək. Nazir müavini qeyd edib ki, bu mərkəzlər müxtəlif yaş qrupunda olan uşaqlar üçün də açıq olacaq və mərkəzdə müxtəlif, intraktiv formatda ingilis dili tədris olunacaq: “İngilis dili mərkəzinin təsis edilməsinin məqsədi Azərbaycanda ingilis dilini öyrənmək istəyənlərə zəngin resurslar təqdim etməklə onların ünsiyyət qabiliyyətlərinin inkişafına nail olmaqdır. Bu mərkəzlər yaxınlıqda yerləşən məktəblərdə təhsil alan şagirdlər üçün az ödəniş qarşılığında müstəqil öyrənmə, dərsdənkənar fəaliyyətlər və ünsiyyət bacarıqlarını inkişaf etdirmək imkanı yaradacaq. İngilis dili mərkəzinin yerləşdiyi hər bir məktəb yaxınlıqda yerləşən dörd ümumi təhsil müəssisəsinin mini şəbəkəsinin mərkəzi funksiyasını daşıyacaq. Mərkəzdə həmçinin məktəblilər onlayn və a üzbəüz formada danışıq klubu şəklində ingilis dilini öyrənənlərlə ünsiyyət qura biləcək. Mərkəz zəngin kitab resursları, jurnal, DVD və “British Council”ın ingilis dilinin öyrənilməsi üçün elektron resurs və proqramları yüklənmiş kompyuter və planşetlərlə təmin olunub”.

Tədbirin davamında çıxış edən qonaqlar da İngilis dili mərkəzinin yaradılmasının Azərbaycanda ingilis dili tədrisinin inkişafına müsbət təsir edəcəyini qeyd ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR