Somalidə 14 “əş-Şəbab” silahlısı məhv edilib

Somalidə 14 “əş-Şəbab” silahlısı məhv edilib
# 06 oktyabr 2016 00:17 (UTC +04:00)

Bakı-APA. Somali hərbçiləri “əş-Şəbab” qruplaşmasının 14 silahlısını, o cümlədən qruplaşmanın liderlərindən birini məhv edib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Somalinin müdafiə nazirinin müavini Abdulla Hüseyn Əli bəyan edib.

Onun sözlərinə görə, terrorçuların zərərsizləşdirilməsi məqsədilə aparılan əməliyyat paytaxt Moqadişodan 50 km cənubda aparılıb. Hərbçilər arasında itkilər barədə məlumat verilmir.

Qeyd edək ki, “Əl Qaidə” qruplaşması ilə əlaqəli olan “Əş-Şəbab” Somalidə terrorçu fəaliyyətlə məşğuldur. Qruplaşma ölkənin hakimiyyət orqanlarına qarşı silahlı mübarizə aparır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR