Bolqarıstanda hərəkətdə olan turist avtobusu yanıb

Bolqarıstanda hərəkətdə olan turist avtobusu yanıb
# 05 sentyabr 2016 20:27 (UTC +04:00)

Bakı-APA. Bolqarıstanda moldovalı turistləri daşıyan avtobus hərəkətdə olarkən qəflətən alışıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, insident Blaqoyevqrad şəhəri yaxınlığında qeydə alınıb.

Məlumata əsasən, sürücü Yunanıstandan qayıdan turistləri avtobusdan dərhal düşürüb.

İnsident nəticəsində zərərçəkən olmayıb. Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR