Hesablama Palatası Statistika Komitəsində apardığı yoxlamaları başa çatdırıb

Hesablama Palatası Statistika Komitəsində apardığı yoxlamaları başa çatdırıb
# 21 oktyabr 2015 14:20 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

APA-nın məlumatına görə, Kollegiya iclasında dövlət büdcəsindən Statistika Komitəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına, dövlət büdcəsinin “Kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi” bölməsindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Neftçala Suvarma Sistemləri İdarəsinə ayrılan vəsaitlərin istifadəsinə və dövlət büdcəsinin yerli xərclərindən Lənkəran Mərkəzi Rayon Xəstəxanasına ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair nəzarət tədbirlərinin nəticələri üzrə hesabatlar müzakirə edilib.

Müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün Kollegiya qərarlarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb. Kollegiya iclasında İş planı ilə Naxçıvan Muxtar Respublikası üzrə nəzərdə tutulmuş bir nəzarət tədbirinə dair Audit proqramı da təsdiq edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR