Azərbaycan yığmalarının potensial rəqibləri müəyyənləşib

Azərbaycan yığmalarının potensial rəqibləri müəyyənləşib
# 22 oktyabr 2015 09:55 (UTC +04:00)

Bakı – APA. Noyabrın 13-də 17 və 19 yaşadək qızlar arasında Avropa çempionatlarının 2016/17 mövsümünün ilkin mərhələlərinin püşkü atılacaq. Apasport.az saytının məlumatına görə, UEFA gələn ay baş tutacaq püşkatma öncəsi səbətlərin tərkibini açıqlayıb. Azərbaycan yığmalarının da potensial rəqibləri bəlli olub.

İsveçrənin Nyon şəhərindəki püşk günü saat 11:40-da U-17-lərlə başlayacaq. İlkin mərhələnin 44 iştirakçısı 11 qrupa bölünəcək. Son 3 mövsümün nəticələrinə əsasən əmsalı 1,333-ə bərabər Azərbaycan yığması Avropanın 36-cısıdı. Bu da millimizin C səbətində yer almasına kifayət edib.

A səbəti: Fransa, Almaniya, Norveç, Avstriya, İsveçrə, Belçika, İsveç, İtaliya, Polşa, İrlandiya, İngiltərə

B səbəti: Şotlandiya, Danimarka, İslandiya, Hollandiya, Finlandiya, Rusiya, Macarıstan, Türkiyə, Serbiya, Şimali İrlandiya, Yunanıstan

C səbəti: Belarus, Portuqaliya, Slovakiya, Uels, Bolqarıstan, Rumıniya, Bosniya və Herseqovina, Sloveniya, Xorvatiya, AZƏRBAYCAN, Monteneqro

D səbəti: Ukrayna, İsrail, Makedoniya, Litva, Latviya, Moldova, Farer adaları, Estoniya, Qazaxıstan, Gürcüstan, Malta

İspaniyanın elit-raunddan mübarizəyə başladığı yarışın final mərhələsi Çexiyada keçiriləcək. İlkin mərhələnin qarşılaşmaları gələn il avqustun 1-dən oktyabrın 31-dək davam edəcək.

Həmin gün saat 12:55-də isə U-19-ların püşkatması keçiriləcək. 48 iştirakçıdan 44-ü ilkin mərhələdə 11 qrupa bölünəcək. Bu 44 yığma isə indidən 4 səbətə ayrılıb.

Son 3 mövsümün nəticələrinə əsasən əmsalı 2,000-yə bərabər olan Azərbaycan yığması Avropada 33-cüdü. Bununla da millimiz C səbətinə düşüb.

A səbəti: İspaniya, İsveç, Norveç, Danimarka, Belçika, Hollandiya, Finlandiya, Şotlandiya, İsveçrə, İrlandiya, Rusiya

B səbəti: İtaliya, Portuqaliya, Çexiya, Avstriya, İslandiya, Serbiya, Ukrayna, Rumıniya, Sloveniya, Türkiyə, Macarıstan

C səbəti: Polşa, Xorvatiya, Uels, Yunanıstan, Bosniya və Herseqovina, Slovakiya, Moldova, Belarus, Kipr, Farer adaları, AZƏRBAYCAN

D səbəti: Makedoniya, Estoniya, Bolqarıstan, İsrail, Qazaxıstan, Latviya, Litva, Monteneqro, Gürcüstan, Albaniya, Ermənistan

Şimali İrlandiya meydan sahibi kimi birbaşa final mərhələsinə qatılacaqsa, Fransa, İngiltərə və Almaniya elit-raunddan yarışa başlayacaq. Yığmamızın qatılacağı ilkin mərhələ 2016-cı ilin payızında baş tutacaq. Bu mərhələnin püşkü zamanı Azərbaycanla Ermənistan, Rusiya ilə Ukrayna eyni qrupa düşə bilməz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR