Deputat Novruz Aslanov seçicilərini qəbul edib

Deputat Novruz Aslanov seçicilərini qəbul edib
# 22 yanvar 2016 09:53 (UTC +04:00)

Bakı-APA. Milli Məclisin (MM) deputatı Novruz Aslanov yanvarın 21-də seçiciləri ilə görüşmək məqsədilə İsmayıllı rayonuna növbəti səfər edib. Deputatın qərargahından APA-ya verilən məlumata görə, bu, millət vəkilinin bu ay keçirdiyi ikinci qəbuldur. 80 nəfərə yaxın sakinin iştirak etdiyi qəbul deputatın İsmayıllı şəhərində yerləşən qərargahında baş tutub. Hər bir seçicini fərdi qaydada qəbul edən millət vəkili onların problemləri ilə maraqlanıb. Qəbula gələn sakinlərin qaldırdığı məsələlər əsasən müalicə və müayinə, məişət problemləri və digər sosial yönümlü məsələlərdən ibarət olub. Bəzi məsələlər yerindəcə həll edilib, digərləri ilə bağlı deputat əlaqədar qurumlara müraciətlərin ediləcəyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR