Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Mart

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 12 Mart
# 12 mart 2016 17:13 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Birləşmiş Ştatlarda prezident kürsüsündə hansı siyasi qrupun nümayəndəsinin, hansı ideoloji görüşün daşıyıcısının əyləşməsi önəmlidir. Amma prezidentin kimliyindən asılı olmayaraq, ölkənin xarici siyasət kursundakı təməl prinsiplər dəyişmir. Dəyişsə belə, bu, bir gündə olmur, xarici siyasət kursunu dünyanın mövcud şərtlərinə adaptasiya etmək mərhələli şəkildə, illərlə çəkir. Bu baxımdan amerikalı seçici daha rahatdır, o namizədin sosial siyasətlə bağlı proqramına daha çox diqqət yetirir. İndi isə vəziyyət fərqlidir, uzun on illər sonra ilk dəfədir ki, ABŞ-da prezidentliyə namizədlərdən birinin kimliyi istər ölkə daxilində, istərsə də xaricdə ciddi narahatlıq doğurur. Əgər Donald Tramp xarici siyasətdə bəyan etdiyi prinsiplərin 10 faizini gerçəkləşdirməyə müvəffəq olsa, bu, ABŞ-ın üzərində dayandığı təməl prinsiplərin çökməsi demək olacaq. Bu isə idarəolunmaz xaos deməkdir. Yəni, ABŞ uzun illər başqa ölkələrdə uğurla sınaqdan çıxardığı xaos ssenarilərinin təsirini öz dərisində hiss edə bilər. Hərbi elitanın Trampa itaətsizlik nümayiş etdirməsinin, Avropa institutlarının multimilyarderin namizədliyinə qarşı sərt bəyanatlar verməsinin səbəbi də budur. Heç kim bünövrədəki daşların yerindən oynamasını istəmir. Paradoks odur ki, Trampa qarşı açıq hücumlar heç nəyi həll etmir, əksinə Trampın lehinə işləyir. Respublikaçıların siyasi elitasının, hərbi və maliyyə qruplarının, indi isə Avropa institutlarının Donalda qarşı çıxışları onun ilkin seçkilərdə daha çox səs toplamasına səbəb olur. Buna görə də, əgər Tramp 15 mart seçkilərindən də qalib ayrılsa, bu dəfə qələbəni Avropa Parlamentinin sədri Martin Şultsun ayağına yazmaq lazım gələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR