Ərdoğanla siyasi partiya rəhbərləri arasında görüş keçiriləcək

Ərdoğanla siyasi partiya rəhbərləri arasında görüş keçiriləcək
# 24 iyul 2016 21:40 (UTC +04:00)

Bakı-APA. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə siyasi partiya liderlərini görüşə dəvət edib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, görüş iyulun 25-də Prezident Sarayında baş tutacaq.

Görüşdə Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu, Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı, həmçinin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Binəli Yıldırım iştirak edəcək.

Qeyd edək ki, bu gün Ərdoğan Türkiyə Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general Hulusi Akarı qəbul edib. Bildirilir ki, bu, dövlət çevrilişinə cəhddən sonra prezidentlə Hulusi Akar arasında ilk görüşdür.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR